Naxçıvanda fiziki qüsurlu 10 yaşlı oğlan təkərli oturacaqdan (əlil arabasından) yıxılaraq ölüb.
 




Moderator.az xəbər verir ki, Babək rayonu Şıxmahmud kənd sakini 2016-cı il təvəllüdlü Rəhman Ramin oğlu Əlizadə yaşadığı evin həyətində təkərli oturacaqdan yıxılaraq baş nahiyəsindən xəsarət alıb.
 
Azyaşlı xəstəxanaya yerləşdirilsə də, orada ölüb.
 
Araşdırmalar rayon prokurorluğu tərəfindən aparılır.