ABŞ Senatı İrana qarşı hərbi əməliyyatlarla bağlı Donald Trampın səlahiyyətlərini məhdudlaşdırmağı nəzərdə tutan daha sərt qətnaməni qəbul etməyib.




 
Moderator.az xəbər verir ki, bu barədə "isrselinfo.co" nəşri məlumat yayıb.
 
Məlumatda deyilir ki, sənəd prosedur səsverməsində 50-yə qarşı 47 səslə rədd olunub ki, bu da Tramp və respublikaçılar üçün mühüm siyasi qələbə sayılır. Amerika mediasının məlumatına görə, Ağ Ev senatorlara ciddi təzyiq göstərib. 
 
Tramp onun səlahiyyətlərinin məhdudlaşdırılmasına səs verən bəzi respublikaçı senatorlardan narazı olub və onlarla şəxsi görüşlər keçirib. Nəticədə, əvvəl tərəddüd edən bir neçə respublikaçı mövqeyini dəyişib. Beləliklə, Senat Trampın İrana münasibətdə daha sərbəst hərəkət etməsinə imkan verən mövqeni dəstəkləyib.
 
Ağ Ev hesab edir ki, hazırda Tehranla qüvvədə olan atəşkəs və nüvə proqramı üzrə mümkün danışıqlar fonunda Konqresin məhdudiyyətləri ABŞ-ın mövqeyini zəiflədə bilər. Tramp isə səsvermənin nəticəsini alqışlayaraq bunu öz diplomatik strategiyasının dəstəklənməsi kimi qiymətləndirib.