NATO-nun Qafqaz və Mərkəzi Asiya üzrə Baş katibinin xüsusi nümayəndəsi Kevin Hamilton Azərbaycanda səfərdədir.
 




Moderator.az xəbər verir ki, bu barədə Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi ( BMTM) məlumat yayıb. K. Hamilton Bakıda bir sıra görüşlər keçirməyə başlayıb.
 
Onun ilk görüşü BMTM-də Azərbaycanın ekspert icmasının nümayəndələri ilə olub.
 
Qeyd edək ki, bu, Hamiltonun NATO-nun region üzrə xüsusi nümayəndəsi vəzifəsində Azərbaycana ilk səfəridir.