ABŞ Dövlət Departamentinin rəsmisi Ceremi Levin Ukrayna-Rusiya müharibəsində dönüş mərhələsinin yarandığını bildirib.
Moderator.az xəbər verir ki, bu barədə "censor.net" nəşri yazıb.
Levinin sözlərinə görə, hazırda Ukrayna üstün mövqedədir və Rusiyaya təzyiqi artırmaq imkanına malikdir. O qeyd edib ki, əvvəllər Ukrayna qış aylarında Rusiya hücumlarının zəifləməsini gözləyirdisə, indi vəziyyət dəyişib və təşəbbüs getdikcə Kiyevin tərəfinə keçir.
ABŞ rəsmisi vurğulayıb ki, Ukraynanın qış aylarında Rusiya ərazisindəki hərbi və infrastruktur obyektlərinə zərbələri müharibənin dinamikasını dəyişən amillərdən biri olub. "Hazırda Ukrayna müharibədə qalib gələn tərəf təsiri bağışlayır", - deyə Levin bildirib.
Son aylarda Vaşinqtonda da müharibənin gedişi ilə bağlı qiymətləndirmələrin dəyişdiyi qeyd olunur. Bir sıra yüksək vəzifəli rəsmilər Ukraynanın mövqelərinin gücləndiyini vurğulayırlar. Nəşrə görə, ABŞ Prezidenti Donald Tramp da G7 sammiti zamanı Vladimir Zelenskiyə daha cəsarətli addımlar atmağı tövsiyə edib.