Amerikalıların İsrailə münasibəti son illərdə ciddi şəkildə pisləşib.




 
Moderator.az xəbər verir ki, bu barədə İsrailin "LS Group Consulting" şirkətinin araşdırmasının nəticələrindən bəlli olub. Məlumatı "rtvi.com" nəşri yayıb.
 
Tədqiqat göstərir ki, hazırda ABŞ vətəndaşlarının 60 faizi İsrailə mənfi yanaşır ki, bu da indiyədək qeydə alınmış ən yüksək göstəricidir.
 
Araşdırma müəllifləri bildirirlər ki, bu, sadəcə reytinqlərin enməsi deyil, amerikalıların İsraili qavrayışında köklü dəyişiklikdir. Xüsusilə 50 yaşdan aşağı respublikaçılar arasında da İsrailə mənfi münasibət artıb.
 
Məlumata görə, ABŞ-nin İranla müharibəsi və son hadisələrdən sonra amerikalıların bir hissəsi İsraili artıq müdafiəyə ehtiyacı olan müttəfiq kimi deyil, Vaşinqtonu münaqişəyə cəlb edən tərəf kimi görməyə başlayıb.
 
"Gallup" -un məlumatlarına əsasən, 18-34 yaşlı amerikalılar arasında İsrailə simpatiya 2018-ci ildəki 59 faizdən 2026-cı ildə 23 faizə düşüb.