Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Polşanın Qdansk şəhərində keçirilən Ukraynanın Bərpası üzrə Konfransda iştirak edib.


Moderator.az-ın xəbərinə görə, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) "X" hesabında paylaşım edilib.






"Müzakirələr zamanı nazir Azərbaycanın Ukraynaya davam edən humanitar yardımını, o cümlədən humanitar yardımın tədarükünü, ukraynalı uşaqların reabilitasiyası proqramlarını və zərərçəkmiş icmalara dəstək göstərilməsinə yönəlmiş bərpa təşəbbüslərini vurğulayıb.


Münaqişələrin humanitar nəticələrinin həllində beynəlxalq həmrəyliyin, o cümlədən postmünaqişə bərpasının vacibliyi vurğulanıb.


Nazir Azərbaycanın Ukraynaya humanitar yardım göstərilməsinə davam etməyə hazır olduğunu bir daha təsdiqləyib", - deyə paylaşımda bildirilib.