Bu tədris ilində ölkədə 107 mindən çox uşaq dövlət məktəbəqədər təhsil müəssisələrində təhsil alıb.


Moderator.az xəbər verir ki, bu Elm və Təhsil Nazirliyinin illik hesabatında deyilir.








Qeyd olunub ki, 2025-2026-cı tədris ilində ölkə üzrə 107 348 uşaq dövlət məktəbəqədər təhsil müəssisələrində təhsilə cəlb edilib.


Bildirilib ki, 2025-2026-cı tədris ili üzrə 131 396 uşaq birinci sinfi bitirib. 2025-2026-cı tədris ilində 86 432 uşaq ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarını bitirib


Eyni zamanda vurğulanıb ki, ölkədə 3946 ümumi təhsil müəssisəsi fəaliyyət göstərir. 2025-2026-cı tədris ilində müəllim heyəti 130 mindən, şagird sayı isə 1 600 000-dən çox olub.