Kremldə orduda şəxsi heyət çatışmazlığı səbəbindən yeni səfərbərlik imkanları müzakirə olunur. 


Moderator.az xəbər verir ki, bu barədə Rusiya Prezidenti Administrasiyası və güc strukturlarına yaxın bir necə mənbəyə istinadən "Vajnıye istorii" və "Vyorstka" nəşrləri yazıb.






İddialara əsasən, belə bir qərar sentyabr seçkilərindən sonra, oktyabr ayında qəbul edilə bilər.


Mənbələrin sözlərinə görə, cəbhədə bəzi bölmələr tam heyətlə təmin olunmayıb, müqavilə əsasında hərbi xidmətə cəlb olunanların sayı isə azalır. Buna görə də regionlarda könüllülər üçün ödənişlər artırılır və yeni təşviq tədbirləri tətbiq edilir.


Bununla yanaşı, Kremldə yeni səfərbərlik ehtimalına dair fikirlər birmənalı deyil. Bəzi mənbələr belə addımın mümkün olduğunu bildirsə də, digərləri bunun sadəcə şayiə olduğunu və hakimiyyətin siyasi baxımdan riskli qərardan yayınmağa çalışacağını düşünür.