Prezident İlham Əliyev Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında şəhid olmuş Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi qulluqçularının və mülki işçilərinin təltif edilməsi haqqında Sərəncam imzalayıb.


Moderator.az Oxu.Az-a istinadən xəbər verir ki, sərəncama əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş polkovnik-leytenant Rasim Yaqub oğlu Abdullayev, Rəşad Saləddin oğlu Atakişiyev, Qərib İnqilab oğlu Baxşəliyev ölümündən sonra 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif olunublar.






Fotoda Rasim Yaqub oğlu Abdullayev



Fotoda Rəşad Saləddin oğlu Atakişiyev



Fotoda Qərib İnqilab oğlu Baxşəliyev