ABŞ Prezidenti Donald Tramp Vaşinqtonda keçirilən mitinqlə ölkənin müstəqilliyinin 250 illiyinə həsr olunan tədbirlərə start verib.


Moderator.az xəbər verir ki, bu barədə "bbc.com" nəşri məlumat yayıb.






Məlumatda deyilir ki, öz çıxışı zamanı Tramp ABŞ-ın yenidən gücləndiyini bildirərək, "Amerika geri dönüb" deyib. O, həmçinin administrasiyasının immiqrasiya, iqtisadiyyat və xarici siyasət sahəsində əldə etdiyi nəticələri vurğulayıb.


Yubiley çərçivəsində ölkə üzrə çoxsaylı tədbirlər planlaşdırılıb. Vaşinqtonda böyük dövlət yarmarkası, iyulun 4-də isə rekord sayda fişəng nümayişi keçiriləcək. Bayram proqramlarına müxtəlif konsertlər və ictimai tədbirlər də daxildir.


Bununla yanaşı, bəzi musiqiçilər tədbirlərin həddindən artıq siyasiləşdirildiyini əsas gətirərək çıxış etməkdən imtina ediblər. Buna baxmayaraq, Tramp yubiley mərasimlərinin ABŞ tarixində ən möhtəşəm tədbirlərdən biri olacağını bildirib.