Gürcüstan müğənnisi Dato Kençiaşvili yenidən Bakıda konsert proqramı ilə çıxış edəcək.


Moderator.az xəbər verir ki, konsert proqramı iyunun 28-də Heydər Əliyev Sarayında baş tutacaq.






Konsert proqramında Dato Kençiaşvilini “Taoba” uşaq ansamblı və “Eksperiment” qrupu müşayiət edəcək.


Müğənni Gürcüstanın çoxəsrlik tarixini və zəngin mədəniyyətini musiqinin dili ilə təqdim edəcək.