"Vaşinqton və Tehran İsveçrədə keçirilən danışıqların yekunlarına əsasən, gərginliyi azaltmaq və mübahisəli məsələləri tənzimləmək üçün iki ölkənin hərbçiləri arasında rabitə kanalının yaradılması barədə prinsipial razılıq əldə ediblər".
Moderator.az bildirir ki, bu barədə ABŞ-nin vitse-prezidenti Cey. Di. Vens "UnHerd" nəşrinə müsahibəsində məlumat verib.
Vensin sözlərinə görə, İran tərəfi ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) nümayəndəsi ilə təmaslar qurmaq üçün İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) nümayəndəsini Dohaya göndərməyə razılıq verib.