Futbol üzrə dünya çempionatında qrup mərhələsinin həlledici - üçüncü turun oyunları davam edir.


Moderator.az xəbər verir ki, qrup mərhələsinin sonuncu turu azarkeşlərə bir-birindən maraqlı qarşılaşmalar vəd edir.






I qrupun həlledici görüşlərində Norveç Fransa ilə, Seneqal isə İraqla üz-üzə gələcək. Hər iki matçın start fiti bu gün Bakı vaxtı ilə saat 23:00-da səslənəcək.


Geridə qalan iki turdan sonra I qrupuna 6 xalla Fransa və Norveç milliləri liderlik edirlər. Seneqal və İraq isə hələ ki xal qazana bilməyiblər və müvafiq olaraq üçüncü və dördüncü yerdədirlər.


H qrupunun qarşılaşmalarında isə Kabo-Verde Səudiyyə Ərəbistanı ilə, Uruqvay isə İspaniya ilə üz-üzə gələcək. Hər iki görüş iyunun 27-i Bakı vaxtı ilə saat 04:00-da başlayacaq.


Hazırda H qrupunda vəziyyət belədir: 4 xal toplayan İspaniya millisi birinci, aktivində 2 xal olan Uruqvay və Kabo-Verde isə ikinci və üçüncü sıradadırlar. Səudiyyə Ərəbistanı isə 1 xalla sonuncu yerdədir.


G qrupunda iyunun 27-i saat 07:00-da Misir İranla, Yeni Zelandiya isə Belçika ilə mühüm xallar uğrunda yaşıl meydanda gücünü sınayacaq.


G qrupunun turnir cədvəlində Misir 4 xalla vahid liderdir. İran və Belçika hərəyə 2 xalla ikinci və üçüncü yerləri tutur, Yeni Zelandiya yığması isə qrupun autsayderidir və aktivində 1 xal var.


Dünya çempionatı


III tur


I qrupu


26 iyun


23:00. Norveç - Fransa


23:00. Seneqal - İraq.


H qrupu


27 iyun


04:00. Kabo-Verde - Səudiyyə Ərəbistanı


04:00. Uruqvay - İspaniya.


G qrupu


27 iyun


07:00. Misir - İran


07:00. Yeni Zelandiya - Belçika.


Qeyd edək ki, mundiala iyulun 19-da yekun vurulacaq.