Türkiyə Milli Müdafiə Nazirliyi Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının 108-ci ildönümünü təbrik edib.
 




Moderator.az xəbər verir ki, bu barədə nazirliyin "X" səhifəsində paylaşım edilib.
 
"Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının 108-ci ildönümü mübarək olsun!
 
Qardaş Azərbaycanın təhlükəsizliyi və əmin-amanlığı üçün gecə-gündüz çalışan qəhrəman Azərbaycan Silahlı Qüvvələrini salamlayırıq.
 
Hər zaman bir ürək, bir yumruq olmağa davam edəcəyik!" - deyə paylaşımda bildirilib.