Moderator.az xəbər verir ki, bu barədə "Caliber" hazırladığı videomaterialda bildirilib.
Qeyd olunub ki, əsası Azərbaycan Demokratik Respublikası hökumətinin 26 iyun 1918-ci il tarixli qərarı ilə general Əliağa Şıxlinskinin komandanlığı altında yaradılmış Əlahiddə Korpusdan başlayan Azərbaycan ordusunun taleyini rəvan adlandırmaq olmaz. ADR-in ilk nizami hərbi hissəsi ilə müasir müzəffər Silahlı Qüvvələri onilliklərlə ölçülən bir boşluq ayırır.
"1918-ci ildə qurulan korpusun ömrü uzun olmadı. Həmin ilin payızında, sentyabrın 15-də Nuru paşanın Qafqaz İslam Ordusu ilə birlikdə Bakını erməni-bolşevik qüvvələrindən azad etdi və bu tarix milli ordunun ilk döyüş zəfəri kimi yaddaşlara həkk olundu. Ancaq 1920-ci ilin aprelində bolşeviklər müsəlman Şərqindəki ilk demokratik respublikanın və onun silahlı qüvvələrinin varlığına son qoydular", - deyə süjetdə qeyd olunub.
Bu gün Azərbaycan yeni müharibə naminə deyil, əvvəlki müharibənin təkrarlanmasının qarşısını almaq üçün hərbi potensialını artırmağa davam edir. Bu, otuz il əvvəlkindən kökündən fərqli bir vəziyyətdir: bu gün ordumuzun gücü sülhü təmin edir.
Daha ətraflı süjetdə...