Ermənistan hakimiyyəti parlament seçkilərindən sonra Seçki Məcəlləsinə dəyişiklik etməyi təklif edib.


Moderator.az xəbər verir ki, bu barədə "dw.com" nəşri yazıb.






Layihəyə əsasən, ümummilli seçkilərdə və referendumlarda yalnız son bir il ərzində ölkədə azı 183 gün yaşamış vətəndaşlar səs verə biləcəklər. Hakimiyyət bu addımı "seçki turizmi"nin qarşısını almaq və ölkənin siyasi qərarlarını Ermənistanda yaşayan və vergi ödəyən vətəndaşların verməsini təmin etmək məqsədi ilə izah edir.


Son seçkilərdə Rusiyadan səs vermək üçün kütləvi şəkildə vətəndaşların gətirildiyi barədə iddialar geniş müzakirə olunub. Müxalifət isə hesab edir ki, dəyişikliklərin əsas məqsədi gələcək Konstitusiya referendumu üçün seçici siyahısını azaltmaq və referendumun keçirilməsini asanlaşdırmaqdır. 


Ekspertlər isə təşəbbüsün həm də Rusiyanın Ermənistanın daxili siyasi proseslərinə mümkün təsir imkanlarını məhdudlaşdırmağa yönəldiyini bildirirlər. Bununla belə, yeni Konstitusiya ilə bağlı referendumun keçirilməsi üçün hakim partiyanın parlamentdə üçdə iki səs toplaması lazımdır və hazırda onun bunun üçün kifayət qədər mandatı yoxdur.