Bu gün Bakıda ikinci dəfə Mütləq Döyüş Çempionatının (UFC) turniri keçiriləcək.


Moderator.az xəbər verir ki, Milli Gimnastika Arenasında təşkil olunacaq yarışda ilkin döyüşlər saat 17:00-da, əsas qarşılaşmalar isə saat 20:00-da başlayacaq.






Gecənin əsas döyüşündə Azərbaycan təmsilçisi Rafael Fiziyev yüngül çəkidə meksikalı Manuel Torreslə qarşılaşacaq. Gecənin ikinci əsas görüşündə isə orta çəkidə Şarabutdin (Şara) Maqomedov (Rusiya) braziliyalı Mişel Pereyra ilə üz-üzə gələcək.


UFC Fight Night-ın görüşləri


İlkin döyüşlər


Yarımorta çəki: Tahir Abdullayev – Cefferson Nasimento

Ən yüngül çəki: Bekzat Almaxan – Jan Matsumoto

Yarımorta çəki: Daniil Donçenko – Teodor Berqren

Yarım yüngül çəki: Kaan Ofli – Xavyer Reyes

Orta çəki: Nursulton Ruziboyev – Andrey Pulyayev

Yarım ağır çəki: Abdul Raxman Yaxyayev – Julius Volker

Yarımorta çəki: Fərman Həsənov – Erik Nolan


Əsas döyüşlər


Orta çəki: Abus Maqomedov – Mixal Olekseyçuk

Orta çəki: İkram Aliskerov – Brunno Ferreyra

Ən yüngül çəki: Asu Almabayev – Çarliz Conson

Yüngül çəki: Nazim Sadıxov – Mateus Kamilo


İkinci əsas döyüş


Orta çəki: Şara Maqomedov – Mişel Pereyra


Gecənin əsas döyüşü


Yüngül çəki: Rafael Fiziyev – Manuel Torres


Xatırladaq ki, UFC-nin Bakıdakı ilk turniri 2025-ci ildə keçirilib.