Bakı-Sumqayıt yolunda təhlükəli hadisə baş verib.
 




Magistral yolun Biləcəri qəsəbəsindən keçən hissəsində “Coca-cola” reklamlı yük maşınının qapılarından biri qopub.
 
Belə ki, hərəkətdə olan avtomobilin yük yerinin kənarındakı qapılardan biri çıxaraq yolun hərəkət hissəsinə düşüb.
 
Xoşbəxtlikdən həmin detal digər nəqliyyat vasitələrinə çırpılmayıb.
 
İyunun 25-i günorta saatlarında qeydə alınmış hadisənin görüntülərini təqdim edirik: