Ukraynanın Krıma endirdiyi zərbələr yarımadada yanacaq və su təchizatı problemləri yaradıb, eyni zamanda işğal olunmuş ərazidən kütləvi çıxışa səbəb olub.




 
Moderator.az xəbər verir ki, bu barədə Amerikanın Müharibənin Öyrənilməsi İnstitutunun (ISW) məlumatında deyilir.
 
Məlumata əsasən, iyunun 25-də Krım körpüsünün Kerç istiqamətində yarımadanı tərk etmək istəyən təxminən 2450 avtomobildən ibarət növbə yaranıb. Əks istiqamətdə - Krıma girişdə isə növbə qeydə alınmayıb.
 
ISW bildirir ki, yarımadanı tərk edənlər arasında Rusiya turistləri və yerli sakinlərlə yanaşı, Qara dəniz donanması ilə əlaqəli Rusiya hərbçiləri, təhlükəsizlik əməkdaşları və işğalçı administrasiyanın nümayəndələrinin də olduğu ehtimal edilir.
 
Analitiklərin fikrincə, bu qrupların Krımı tərk etməsi Ukraynanın zərbələri davam edərsə, yarımadanın demoqrafik vəziyyətinə də ciddi təsir göstərə bilər.