Tovuzda ağır yol-nəqliyyat hadisəsi baş verib.


Moderator.az xəbər verir ki, hadisə rayonun Yanıqlı kəndində qeydə alınıb.






Məlumata görə, “VAZ-2106” markalı avtomobilin aşması nəticəsində 2006-cı il təvəllüdlü Nəsimi Rəhimov hadisə yerində ölüb. Daha iki nəfər müxtəlif xəsarətlərlə xəstəxanaya yerləşdirilib.


Qeyd olunub ki, xəsarət alanlar 2006-cı il təvəllüdlü Əli Məmmədov və 2006-cı il təvəllüdü Asim Xanmirzəyevdir.


Faktla bağlı araşdırma aparılır.


(qafqazinfo)