ABŞ Yaxın Şərqdəki hərbi mövcudluğunu azaltmalıdır
ABŞ-ın Yaxın Şərqdə geniş hərbi mövcudluğu artıq Vaşinqtonun maraqlarına xidmət etmir, əksinə, ölkəni lazımsız münaqişələrə cəlb edir və təhlükəsizlik risklərini artırır.
Moderator.az xəbər verir ki, bu barədə "Foreign Policy" nəşri yazıb.
Məqalə müəllifinin fikrincə, İranla son qarşıdurma göstərdi ki, ABŞ bazaları regionda əlavə hədəfə çevrilir və bu bazaların saxlanılması strateji baxımdan səmərəli deyil.
Müəllif hesab edir ki, enerji daşıyıcılarının təhlükəsiz ixracı üçün də ABŞ qoşunlarının bölgədə daimi yerləşməsi zəruri deyil. Yazıda vurğulanır ki, Yaxın Şərqdə heç bir dövlətin regional hegemonluq qurmaq üçün kifayət qədər siyasi, iqtisadi və hərbi gücü yoxdur.
Buna görə də ABŞ-ın hərbi iştirakını davam etdirməsi əvəzinə, regional təhlükəsizlik məsuliyyətini bölgə ölkələrinin öz üzərinə götürməsi daha məqsədəuyğundur.
Məqalədə nəticə olaraq qeyd edilir ki, Vaşinqton "dənizaşırı balanslaşdırma" strategiyasına keçməli, qoşunlarını Yaxın Şərqdən çıxarmalı və yalnız ABŞ-ın həyati maraqlarına birbaşa təhlükə yarandıqda hərbi müdaxilə etməlidir.