İsrailin xarici işlər naziri Gideon Saar hökumətin yaxın iclasında qondarma "erməni soyqırımı"nın ilk dəfə rəsmi şəkildə tanınmasını nəzərdə tutan qərar layihəsini təqdim edəcəyini açıqlayıb.


Moderator.az xəbər verir ki, bu barədə "vesty.co" nəşri yazıb.






Layihədə İsrailin "mənəvi və tarixi borc" əsasında bu iddiaları tanıması, həmçinin onların inkarını və ya fərqli şəkildə şərh edilməsini pisləməsi təklif olunur. Sənəddə qeyd edilir ki, indiyədək 32 dövlət müxtəlif formalarda qondarma "erməni soyqırımı"nı tanıyıb.


Məqalədə bu təşəbbüsün Donald Trumpın Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan barədə müsbət açıqlamalarından və Ankara ilə F-35 qırıcılarının mümkün satışı ətrafında müzakirələrin getdiyi bir vaxta təsadüf etdiyi vurğulanır. Nəşr bunu Türkiyəyə yönəlmiş siyasi mesaj kimi qiymətləndirir.


Qeyd edək ki, İsrail parlamentində bu məsələ əvvəl də müzakirə olunsa da, ölkə hökuməti indiyədək qondarma "erməni soyqırımı"nı rəsmi şəkildə tanımayıb.