ABŞ prezidenti artıq Rusiyanın Ukrayna üzərində qələbə qazanacağına əmin deyil
ABŞ prezidenti Donald Tramp Vladimir Putindən məyus olub və "Ankoric razılaşmaları" adlandırılan yanaşmadan imtina edə bilər.
Moderator.az xəbər verir ki, bu barədə "axios.com" nəşri yazıb.
Mənbələrin sözlərinə görə, Tramp sammit zamanı Ukraynanın müharibədə "heç də pis nəticə göstərmədiyini" bildirib və artıq Rusiyanın qalib gələcəyinə əmin olmadığını deyib. Onun Putinə qarşı daha sərt addımların mümkünlüyünü müzakirə etdiyi, lakin digər liderlərin bunun reallaşacağına tam inanmadığı qeyd olunur.
Məqalədə iddia edilir ki, "Ankoric razılaşmaları" çərçivəsində ABŞ istənilən sülh sazişində Donbas üzərində Rusiyanın nəzarətini qəbul etməyə razı olub. Lakin Ukraynanın Rusiyanın dərinliklərinə endirdiyi zərbələrin artması Trampın Moskvanın imkanları barədə qiymətləndirməsini dəyişib.
Bununla yanaşı, bəzi analitiklər hesab edir ki, Rusiyaya qarşı hücumların güclənməsi sülh danışıqlarını sürətləndirmək əvəzinə, Moskvada müharibəni davam etdirmək əzmini daha da artıra bilər.
Məqalədə xatırladılır ki, ABŞ dövlət katibi Marko Rubio daha əvvəl Tramp və Putinin ötən il Alyaskada keçirilən görüşündə Ukrayna ilə bağlı heç bir razılaşmanın əldə olunmadığını, yalnız müəyyən təkliflərin müzakirə edildiyini bildirib.