Ukraynanın zərbələri Krımda logistika və enerji böhranını dərinləşdirib.
 




Moderator.az xəbər verir ki, bu barədə "bloomberg.com" nəşri yazıb.
 
Məlumata görə, Ukraynanın PUA və raket zərbələri Krımda Rusiyanın logistikasını pozaraq yarımadada yanacaq və elektrik çatışmazlığı yaradıb. Minlərlə sakin susuz qalıb, yanacaq satışı məhdudlaşdırılıb, bəzi bölgələrdə isə fövqəladə vəziyyət elan edilib.
 
Məqalədə qeyd olunur ki, Ukrayna hərbi obyektlərlə yanaşı, körpüləri və təchizat marşrutlarını da hədəfə alaraq Krımı Rusiyadan təcrid etməyə çalışır. Analitiklər hesab edirlər ki, bu, Kremlin "Krım bizimdir" və "Putin sabitlikdir" narrativlərinə zərbə vurur.
 
Nəşrin məlumatına görə, yanacaq qıtlığı, nəqliyyatın məhdudlaşdırılması və enerji problemləri turizm mövsümündə Krım iqtisadiyyatına da mənfi təsir göstərir.
 
Bununla belə, bəzi ekspertlər Rusiyada artan narazılığın Putinin siyasi mövqeyini zəiflətməyə deyil, əksinə, Ukraynaya qarşı daha sərt addımlara dəstəyi artırmağa səbəb ola biləcəyini bildirirlər.