ABŞ-ın Missisipi ştatının Cekson şəhərindəki bir evdə iki qadın və bir azyaşlı uşağın meyiti tapılıb.
Moderator.az İqtisadiyyat.az-a istinadla xəbər verir ki, bu barədə Cekson Polis İdarəsi məlumat yayıb.
Qeyd edilib ki, 20 yaşlarında iki gənc qadın və bir azyaşlı uşaq çoxsaylı güllə yaraları nəticəsində dünyasını dəyişib.
Qətlin kim tərəfindən törədildiyi hələ məlum deyil.