Xalq şairi Süleyman Rüstəmin oğlu Azad Rüstəmzadə vəfat edib.
 




Moderator.az Oxu.az-a istinadla xəbər verir ki, o, 80 yaşında dünyasını dəyişib.
 
Qeyd edək ki, Azad Rüstəmzadə Xalq şairi Süleyman Rüstəmin yeganə övladı olub.
 
O, 1989-2009-cu illərdə Milli Məclisin Beynəlxalq əlaqələr şöbəsində baş məsləhətçi vəzifəsində işləyib.