Rusiyanın "Çyornaya iskra"("Qara qığılcım") gizli hərəkatının nümayəndələri Tatarıstan ərasizindəki "Alabuqa" xüsusi iqtisadi zonasında "Geran-2" və "Geran-3" dronlarının (Rusiya ordusunda İranın "Şahed" dronları əsasında hazırlanmış dronları belə adlandırırlar) istehsalına sızdıqlarını iddia edirlər.
 




Moderator.az bu haqda "Meduza" nəşrinə istinadla xəbər verir.
 
"Biz bir neçə ay həmin "xüsusi iqtisadi zona" daxilində çalışdıq. Serverlərdən məlumat topladıq və "Geran-2" və "Geran-3" dronlarının yığılmasında iştirak edən hər kəsin məlumat bazalarını gizli şəkildə yüklədik.
 
Biz həmçinin müəssisədə fəhlə kimi işlədik. Yığma zamanı dronların ən son partiyalarına "Qara qığılcım" sürprizlərini yüklədik. Bunun nəticəsində həmin dronlar buraxıldıqda partlayacaq. Bu, Ukrayna şəhərlərinə qarşı "Geran" buraxılışlarında birbaşa iştirak edən insanların sayını azaldacaq"- hərəkat üzvləri belə deyir.
 
"Qara qığılcım" "Alabuqa" veb-saytının da haker hücumuna məruz qaldığını iddia edir. Buna dəlillərdən biri kimi veb arxivində saxlanılan və gizli fəalların müəssisəyə sızması barədə mesajı olan bir veb-saytın surəti göstərili. Hərəkat veb-sayta haker hücumunu "Alabuqa"da dronların yığılması üçün 15 yaşlı uşaqların cəlb edilməsinə cavab adlandırıb.
 
Xatırladılır ki, 2023-cü ildən bəri, Tatarıstandakı "Alabuqa" xüsusi iqtisadi zonasında (XİZ) İran "Şahed" dronlarına əsaslanan dronlar yığılır. Bu dronlar sonradan Ukrayna şəhərlərinə hücumlarda istifadə olunur. XİZ-ə tələbələri dron yığmaq üçün işə cəlb edən "Alabuqa" politexnik kolleci də daxildir. 2026-cı ilin yazında "Alabuqa" XİZ və "Alabuqa" politexnik kolleci yeniyetmələrin dron yığmaqla necə pul qazandıqlarını izah edən bir reklam yayımlayıb