Azərbaycanda tibb aləmində möcüzəvi və unikal hadisə qeydə alınıb.




 
Moderator.az Bakupost.az-a istinadən xəbər verir ki, ölkədə 63 yaşlı qadın uzunmüddətli tibbi müalicələrdən sonra ilk dəfə ana olub. Bu barədə məlumatı xəstəni müalicə edən həkim, tibb üzrə fəlsəfə doktoru Natiq Məhərrəmov paylaşıb.
 
Həkim bildirib ki, pasiyent düz 38 il boyunca övlad yolu gözləyib. Natiq Məhərrəmov sevincini "Allahın köməyi ilə müalicələrimizi etdik və 63 yaşlı anamız uzun çəkən həsrətdən sonra övladını qucağına götürdü" sözləri ilə ifadə edib. O, apardıqları müalicənin uğurlu nəticələnməsindən böyük qürur duyduğunu vurğulayıb. Mütəxəssis "Allaha min şükürlər olsun ki, müalicələrimiz boşa getmədi və bu xeyir işə vəsilə olduq" deyərək xoş arzularını çatdırıb.