“Rusiya-Ukrayna müharibəsinin taleyini dözüm və dayanıqlılıq həll edəcək”.
Bunu Moderator.az-a açıqlamasında politoloq Zərdüşt Əlizadə bildirib. Ekspert qeyd edib ki, bir neçə ildir ki, davam edən müharibə hər iki tərəfi gücdən salsa da, tərəflərin heç biri geri addım atmaq istəmir:
“Aydındır ki, bir neçə ildir ki, davam edən müharibədən həm Rusiya, həm də Ukrayna xalqı yorulub. Ancaq hərbi-siyasi komandanlığın mövqeyinə fikir versək görərək ki, təərflərin heç bir geri addım atmaq istəmir.
Bu gün hər iki tərəf bir-birlərinə qarşı mübarizədə az və ya çox dərəcədə digər ölkələrin dəstəyindən istifadə edir. Ukraynanın silah-sursat təminatının önəmli bir qismini Qərb ölkələri verir. Rusiya da bəzi dövlətlərdən dəstək alsa da, cəbhəni silah-sursatla daha çox daxili istehsal hesabına təmin edir. Baxmayaraq ki, Ukraynanın hücumları Rusiyanın enerji sektoru kimi hərbi sənayesinə də ciddi mənada mənfi təsir göstərməkdədir.
Hesab edirəm ki, indi hər şey hər iki tərəfin dözümündən, eləcə də, ona veriləcək dəstəyin miqyasından asılıdır. Kim daha çox dözəcək və özünə daha ciddi dəstəyi təmin edəcəksə, uğuru da təmin etmiş olacaq”.
Seymur ƏLİYEV