İran Hörmüz boğazının idarə olunması üzrə Omanla razılaşma əldə etmək niyyətindədir.
Moderator.az ISNA-ya istinadən xəbər verir ki, bunu İran xarici işlər nazirinin müavini Kazım Qəribabadi deyib.
"Hörmüz boğazı məsələsi İran üçün mühüm və əsasdır", - o bildirib.
K. Qəribabadinin fikrincə, Hörmüz boğazının idarə olunması sahil ölkələrinin üzərinə düşür:
"İran və Oman Hörmüz boğazında göstərilən xidmətlərə görə ödənişlərin alınması məsələsində həmfikirdir.
Fransa da daxil olmaqla, heç bir ölkənin Hörmüz boğazının minalardan təmizlənməsi prosesinə müdaxilə etməsinə icazə verilməyəcək".