Polşadakı göllərdən birində Gürcüstanın azərbaycanəsilli vətəndaşı boğularaq ölüb.
 




Dünyasını dəyişən şəxs Polşaya işləmək məqsədilə gedən Bolnisi bələdiyyəsinin Kazreti qəsəbəsinin sakini 23 yaşlı Elvar Sariyevdir.
 
Hadisə iyunun 28-i Bjuze kəndi yaxınlığında yerləşən eyniadlı göldə baş verib. Gənc oğlan dostları ilə birlikdə göldə çimərkən boğularaq ölüb. /Oxu.az/