Moderator.az bu haqda "Fokus" nəşrinə istinadla xəbər verir.
Bir ailənin üç nəsli arasında üç dəqiqəlik söhbət gözlənilmədən sosial mediada hitə çevrilib. 90 yaşlı Rut Kenler nəvəsi Samanta və qızı Deboraya həyatında nə vaxt ən çox xoşbəxt olması barədə danışıb. Onun cavabı hamının gözlədiyindən tamamilə fərqli olub.
"Bu, yəqin ki, həyatımın ən xaotik dövrü idi", Rut deyib. O, bu illəri ərinin hələ tibb hazırlığı keçdiyi, müxtəlif yaşlarda üç uşağı olduğu və pul çatışmazlığı yaşadığı illər kimi təsvir edib.
"Həyatımın hər mərhələsi çox, çox çətin olub, amma çox məmnunedici və çox xoşbəxt olub", -deyə nənə əlavə edib.
Samanta Krevalin videonu anasının səhifəsində (@debkrevalincounseling) paylaşıb. Yazı hazırlanarkən video 670 mindən çox baxış sayı toplayıb.
Yüzlərlə valideyn şərhlərdə öz təcrübələrini bölüşüb.
"Bilirəm ki, bu, həyatımın ən xoşbəxt anıdır və məni çox kədərləndirən də elə budur. Bunun bitməsini istəmirəm", - deyə bir istifadəçi yazıb. Başqa biri etiraf edib: "Həyat yoldaşımla mən daim 4 kiçik uşağımızla bu xaosu nə qədər sevdiyimizdən danışırıq. Kaş ki, zaman dayansaydı..."
S.Laçın