Milli Məclis Azərbaycanın qlobal ölçü standartlarına qoşulmasını təsdiqlədi
30 Jun 2026, 11:45 34 baxış 1 dəq oxuma
Azərbaycan beynəlxalq ölçü standartlarının tətbiqini nəzərdə tutan "Metrik Konvensiya"ya qoşulur.
Moderator.az xəbər verir ki, bununla bağlı qanun layihəsi Milli Məclisin növbədənkənar sessiyasının bugünkü plenar iclasında deputatların müzakirəsinə təqdim edilib.
Müzakirələr başa çatdıqdan sonra sənəd səsverməyə çıxarılıb və parlament üzvlərinin dəstəyi ilə bir oxunuşda qəbul olunub.
Qeyd edək ki, Metrik Konvensiya ölçü vahidlərinin vahid beynəlxalq sistem əsasında istifadəsini təmin edən əsas hüquqi sənədlərdən sayılır. Sözügedən beynəlxalq müqavilə 1875-ci il mayın 20-də Parisdə 17 dövlətin iştirakı ilə imzalanaraq qlobal standartlaşdırma sisteminin formalaşmasına zəmin yaradıb.