Ukrayna partizanları Rusiyada iri təxribat əməliyyatı həyata keçirib - "Meduza" nəşri
30 Jun 2026, 14:20 28 baxış 2 dəq oxuma
"Qara Qığılcım" hərəkatı "Geran" dronlarının istehsalına sızdıqlarını və müəssisənin məlumat bazasını ələ keçirdiklərini bəyan edib.
Moderator.az xəbər verir ki, bu barədə "meduza.io" nəşri məlumat yayıb.
Məlumatda deyilir ki, Ukraynanın "Qara Qığılcım" partizan hərəkatı Rusiyanın Tatarıstandakı "Alabuqa" xüsusi iqtisadi zonasında genişmiqyaslı təxribat əməliyyatı həyata keçirdiyini bəyan edib.
Hərəkatın məlumatına görə, onların agentləri aylarla "Geran-2" və "Geran-3" zərbə PUA-larının istehsal olunduğu müəssisədə fəaliyyət göstəriblər.
Partizanlar bildirir ki, müəssisənin daxili serverlərinə daxil olaraq əməkdaşlar, tədarük zəncirləri və digər məxfi məlumatları ələ keçiriblər. Onların iddiasına görə, son istehsal olunan dronlara da gizli dəyişikliklər edilib və bu səbəbdən həmin PUA-lar işə salınarkən partlaya bilər.
Bundan başqa, hərəkat "Alabuqa"nın rəsmi saytını da sındırdıqlarını və müəssisədə yeniyetmələrin dron istehsalına cəlb olunmasına etiraz olaraq bu addımı atdıqlarını açıqlayıb.
Rusiyadan isə bu iddialarla bağlı hələlik rəsmi təsdiq və ya təkzib verilməyib.