Peşə təhsili ixtisasları üzrə xərclərin miqdarı müəyyənləşib.
 




Moderator.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədovun müvafiq qərarı ilə "Ayrı-ayrı ixtisaslar üzrə peşə təhsili müəssisələrində dövlət sifarişi ilə hər bir təhsilalana düşən illik təhsil xərclərinin miqdarı"nın və "Yeni maliyyələşmə mexanizminin tətbiqi ilə bağlı dövlət sifarişi ilə peşə təhsili müəssisələrində kadr hazırlığının maliyyələşdirilməsi və hər bir təhsilalana düşən illik təhsil xərclərinin miqdarına artım əmsalının tətbiq edilməsi qaydaları"nın təsdiq edilməsi haqqında" Nazirlər Kabinetinin 2023-cü il14 iyun tarixli 192 nömrəli Qərarında dəyişiklik edilib.
 
Qərara əsasən, qaydalara aşağıdakı məzmunda 169-193-cü hissələr əlavə edilib:
 
169. 3D rəqəmsal oyun dizayneri - 1 860
 
170. Alternativ enerji qurğu və avadanlıqlarının istismarı - 2 470
 
171. Avtomobil nəqliyyatı ilə beynəlxalq sərnişin və yük daşımaları üzrə operator - 1 280
 
172. Bədii tikmə ustası - 1 930
 
173. Daş memarlıq abidələrinin bərpaçısı - 1 650
 
174. Dronların texniki xidməti və təmiri üzrə texnik - 2 390
 
175. Elektrik sayğacları texniki - 2 580
 
176. Elektrik və hibrid avtomobillərinin texniki qulluğu və təmiri üzrə texnik - 2 710
 
177. Günəş panelləri quraşdırıcısı və təmirçisi - 2 580
 
178. İstehsalata rəqəmsal nəzarət sistemləri - 2 180
 
179. Kargüzarlıq və ofis xidmətləri üzrə mütəxəssis - 1 340
 
180. Mexatronika - 2 710
 
181. Musiqi alətlərinin ustası - 2 336
 
182. Qida və içki üzrə nəzarətçi - 2 210
 
183. Rəqəmsal inşaat üzrə mütəxəssis - 1 880
 
184. Rəqəmsal məzmun idarəçiliyi - 1 860
 
185. Satış və marketinq - 1 360
 
186. Suvarma maşınları və nasos qurğuları maşinisti - 2 388
 
187. Tədbirlərin planlaşdırılması və təşkili - 1 590
 
188. Yeraltı qaz kəmərlərinin təmiri və istismarı üzrə çilingər - 2 570
 
189. Kompüter sistem inzibatçısı - 1 440
 
190. Geodeziya və kartoqrafiya - 1 650
 
191. Satınalmaların təşkili - 1 340
 
192. Qida emalı texnologiyaları - 2 210
 
193. Bitki mühafizəsi və fumiqasiya işləri üzrə texnik - 2 200.