"Süni intellektdən həddindən artıq istifadə beyni zəiflədə bilər" - Neyrobioloqdan xəbərdarlıq
30 Jun 2026, 15:49 31 baxış 2 dəq oxuma
Düşünmə prosesinin süni intellektə həvalə edilməsi uzunmüddətli perspektivdə koqnitiv ehtiyatı azalda bilər
Süni intellekt demensiyaya birbaşa səbəb olmasa da, ondan həddindən artıq istifadə beynin qocalmağa və demensiyaya qarşı təbii müqavimətini zəiflədə bilər.
Moderator.az xəbər verir ki, bu barədə Almaniyanın "businessinsider.com" nəşri yazıb.
Nəşrə danışan nəzəri neyrobioloq Vivyen Minq bildirib ki, istifadə olunmayan beyin funksiyaları zamanla zəifləyir. Alim hesab edir ki, insanlar düşünmə, yadda saxlama və qərarvermə kimi zehni fəaliyyətləri daim çat-botlara həvalə etdikdə, beynin "koqnitiv ehtiyatı" azalır. Məhz bu ehtiyat yaşlandıqca beyni qoruyan əsas amillərdən biri sayılır.
Vivyen Minq bunu GPS-dən həddindən artıq istifadəyə bənzədib. O bildirib ki, araşdırmalar GPS-dən çox istifadə edən insanların məkan oriyentasiyasının zəiflədiyini, böyük dil modellərindən (LLM) istifadə edən şəxslərdə isə yaddaş və neyron əlaqələrinin daha zəif olduğunu göstərir.
Bununla yanaşı, alim vurğulayıb ki, hazırda süni intellektdən istifadənin demensiyaya səbəb olduğunu sübut edən elmi dəlil yoxdur. Onun fikrincə, bu sahədə uzunmüddətli tədqiqatlar aparılmalıdır ki, insanların formalaşdırdığı vərdişlərin gələcəkdə beyin sağlamlığına təsiri dəqiq qiymətləndirilə bilsin.