İsrail Müdafiə Ordusu (SAXAL) Qəzza zolağında endirdiyi zərbə ilə Fələstinin radikal "İslami Cihad" qruplaşmasının döyüşçü dəstəsinin komandirini məhv edib.


Moderator.az-ın verdiyi məlumata görə, bu barədə İsrail ordusunun mətbuat xidməti rəsmi açıqlama yayıb.






"İsrail Silahlı Qüvvələri tərəfindən "İslami Cihad" terror qruplaşmasının komandiri Təlal Caber Əbd əl-Aal öldürülüb. O, 2023-cü ildə 7 oktyabr qətliamı zamanı İsrail ərazisinə soxulub və girovların saxlanılmasında iştirak edib", - deyə bəyanatda deyilir.


Mətbuat xidməti həmçinin əlavə edib ki, hərbi əməliyyat həyata keçirilməzdən öncə mülki əhaliyə dəyə biləcək zərərin minimuma endirilməsi məqsədilə lazımi qabaqlayıcı tədbirlər icra olunub.