Ukraynanın zərbələri Rusiyanın hərbi-logistika sistemini sarsıdır və Qərb bu fürsətdən istifadə etməlidir


Rusiya prezidenti Vladimir Putinin son bəyanatları Kremlin vəziyyətinin ağırlaşdığını göstərir.






Moderator.az xəbər verir ki, bu barədə "The Independent" nəşri yazıb.


Məqalədə bildirilir ki, Ukraynanın neft emalı zavodlarına, körpülərə və digər strateji obyektlərə endirdiyi zərbələr Rusiyanın hərbi logistikasını zəiflədir, yanacaq çatışmazlığı yaradır və cəmiyyətdə müharibəyə dəstəyi azaldır.


Nəşrin fikrincə, Putin sülh danışıqlarına qayıtmağa çağırış etməklə faktiki olaraq Ukraynanın zərbələrinin təsirini dolayısı ilə etiraf edib. Analitiklər hesab edir ki, Kreml əvvəllər əldə olunduğunu iddia etdiyi razılaşmaların artıq ABŞ tərəfindən dəstəklənməməsindən narahatdır.


Məqalədə qeyd olunur ki, Ukrayna hazırda Qara dənizdə təşəbbüsü ələ keçirib, Krımda isə yanacaq çatışmazlığı və təhlükəsizlik problemləri dərinləşir. Bu səbəbdən Kremlin ritorikası da dəyişərək daha çox narazılıq və ittihamlarla müşayiət olunur.


"The Independent" hesab edir ki, Avropa və ABŞ Ukraynaya dəstəyi artıraraq Rusiyanın hərbi logistikasını tam iflic edə və bununla da Kremlin yaratdığı təhlükəni zəiflədə bilər. Nəşrin fikrincə, Rusiyanın mümkün hərbi məğlubiyyəti ölkə daxilində də ciddi siyasi nəticələrə səbəb ola bilər.