Tehran meriyasına məxsus nəşrdə ABŞ prezidentinə qarşı sərt hədələr yer alıb


Tehran meriyasının nəşr etdiyi "Həmşəhri" qəzeti çərşənbə axşamı dərc olunan sayının ilk səhifəsində ABŞ prezidenti Donald Trampın alnının optik nişangahda göstərildiyi fotonu yayımlayıb.






Moderator.az xəbər verir ki, bu barədə " israelinfo.co" nəşri yazıb.


Qəzet "Qisas qaçılmazdır" başlığı altında İran xalqının əsas tələbinin ölkənin ali rəhbəri Əli Xameneinin və digər həlak olan şəxslərin qisasının alınması olduğunu iddia edib. Nəşr İranın yeni rəhbəri Müctəba Xameneinin "hərbi cinayətkarlar məsuliyyətə cəlb olunmalıdır" bəyanatını ön plana çıxarıb.


Qəzetdə bir sıra yüksək rütbəli şiə din xadimlərinin də Trampa qarşı sərt bəyanatları dərc olunub. Onlardan biri ABŞ prezidentinin öldürülməsini dini baxımdan əsaslandırmağa çalışıb.


Bununla yanaşı, İranın müdafiə naziri vəzifəsini icra edən Məcid ibn əl-Rza Qətər rəsmisi ilə telefon danışığında bildirib ki, Tehran atəşkəs rejiminin pozulacağı təqdirdə cavab tədbirləri görməyə hazırdır və İran Əli Xameneinin öldürülməsini unutmayacaq.


Eyni zamanda, bəzi İran rəsmiləri daha praqmatik mövqe nümayiş etdirərək mümkün danışıqlarda əsas məqsədin ölkəyə dəyən zərərin ödənilməsi və təzminat alınması olmalı olduğunu bildiriblər.