Ukraynada 77 yaşlı azərbaycanlı Rusiyanın dron zərbəsindən HƏLAK OLDU – FOTO
01 Jul 2026, 08:30 31 baxış 1 dəq oxuma
Ukraynanın Sumı vilayətinin, Rusiya ilə həmsərhəd Velika Pisarevka rayonu ərazisində 1949-cu il təvəllüdlü Əliyev Elmar Mövsüm oğlu dron zərbəsindən həlak olub.
Moderator.az xəbər verir ki, E.Əliyev avtomobili ilə gedərkən üzərinə Rusiya ordusuna məxsus əl bombası daşıyan drondan zərbə endirilib.
Həmyerlimiz yerindəcə həlak olub. Əslən Beyləqan rayonundan olan E.Əliyev Ukrayna vətəndaşı olub. Onun nəşi dəfn olunması üçün Azərbaycana yola salınıb. (Report.az)