Meksika millisi 2026-cı il futbol üzrə dünya çempionatının 1/16 final mərhələsində Ekvadoru məğlub edərək növbəti raunda vəsiqə qazanıb.
Moderator.az xəbər verir ki, Mexiko şəhərində keçirilən qarşılaşma meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.
Meksika yığmasının qollarını Xulian Kinyones 22-ci, Raul Ximenes isə 31-ci dəqiqədə vurub. Ekvador millisinin müdafiəçisi Piero İnkapye oyuna əlavə olunmuş vaxtın 5-ci dəqiqəsində qırmızı vərəqə alaraq meydandan kənarlaşdırılıb.
Moskvanın “Lokomotiv” klubunda çıxış edən meksikalı müdafiəçi Sesar Montes kapitan sarğısı ilə meydana çıxıb və görüşü əvəzlənmədən keçirib. Moskva “Dinamo”sunun yarımmüdafiəçisi Luis Çaves isə ehtiyat oyunçular skamyasında qalıb.
Qeyd edək ki, qarşılaşma əvvəlcədən nəzərdə tutulduğu vaxtdan bir saat gec başlayıb. Buna səbəb Mexikoda müşahidə olunan güclü yağış və ildırım olub.
Meksika millisi 1/8 finalda İngiltərə – Konqo Demokratik Respublikası cütünün qalibi ilə qarşılaşacaq. Görüş iyulun 6-na keçən gecə yenidən Mexikoda keçiriləcək.
Meksikalılar 1986-cı ildən sonra ilk dəfə dünya çempionatının pley-off mərhələsinin ilk raundunu uğurla adlayıblar. Həmin mundial da Meksikada keçirilmiş və ev sahibi komanda 1/4 finala qədər irəliləmişdi.