Sakinlər deyirlər ki, kənd camaatının bir hissəsi su ilə təmin olunub. Digər qisminin bununla bağlı müraciətlərinə isə illərdir ki, müsbət cavab verilmir.
Mövcud vəziyyətdən şikayətçi olan vətəndaşlar məsələni Baku TV-yə belə şərh ediblər:
"Çox çətinlik çəkirik. Suyumuz yaxşı deyil, kirlidir. Borular tutulur. Ağaclarımız quruyub".
"Su idarəsi tərəfindən texnikalar verilsə, sakinlər də köməklik edər, pul yığılar".