Çinin Çinxay əyalətində 5,2 bal gücündə zəlzələ qeydə alınıb.
 




Moderator.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
 
Məlumata görə, zəlzələnin episentri təxminən 186 min nəfərin yaşadığı Dunxuan şəhərindən 269 kilometr cənub-şərqdə yerləşib.
 
Yeraltı təkanların ocağı 10 kilometr dərinlikdə qeydə alınıb.
 
Hazırda tələfat və dağıntılar barədə məlumat verilməyib.