AzTV-nin qızıl dövründən nadir kadr: “Səhər görüşləri”nin 1978-ci il çəkilişindən unudulmaz foto
01 Jul 2026, 12:46 35 baxış 2 dəq oxuma
Azərbaycan televiziya tarixinin yaddaşlarda iz qoyan, böyük sevgi ilə xatırlanan verilişlərindən biri də şübhəsiz ki, AzTV-də yayımlanan “Səhər görüşləri” musiqili-əyləncəli proqramı olub.
Moderator.az xəbər verir ki, bugün araşdırmaçı-hüquqşünas Yunis Xəlilov “Facebook” səhifəsində həmin verilişin 1978-ci ildəki çəkiliş prosesindən olduqca nadir bir foto paylaşıb.
Demək olar ki, bu günədək heç yerdə rast gəlinməyən bu kadr həm televiziya tariximiz, həm də sənət yaddaşımız baxımından xüsusi maraq doğurur.
Fotoda Azərbaycan mədəniyyətinin sevilən simaları — Azərbaycan Respublikasının xalq artistləri Gülşən Qurbanova və Hacıbaba Bağırov yer alıblar. Onların bir arada əks olunduğu bu kadr təkcə adi bir foto deyil, həm də bir dövrün sənət mühitini, televiziya ab-havasını və o illərin yaradıcılıq ruhunu göz önünə gətirən qiymətli xatirədir.
Şəkildə ən solda isə hörmətli rejissorumuz Faiq Musayev görünür. Bu cür fotolar insanı istər-istəməz keçmişə aparır, o illərin ekran mədəniyyətini, sənətə münasibətini, efir arxasında çalışan insanların zəhmətini bir daha yada salır.
Belə nadir kadrların üzə çıxarılması həm televiziya tariximizin, həm də sənət adamlarımızın unudulmaması baxımından olduqca dəyərlidir. Çünki bəzən bir foto bütöv bir dövrün havasını, səmimiyyətini və sənət yaddaşını özündə yaşadır.