Fövqəladə hallar naziri Kəmaləddin Heydərovun bölgədə keçirilməsi nəzərdə tutulan vətəndaş qəbulunun vaxtı dəyişib.
 




Bu barədə Moderator.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
 
Bildirilib ki, qəbulun keçiriləcəyi tarix barədə əlavə məlumat veriləcək.
 
Qeyd edək ki, Kəmaləddin Heydərovun vətəndaş qəbulunun 3 iyul 2026-cı il tarixində Zaqatala şəhərində keçirilməsi nəzərdə tutulurdu.