AFFA-nın Yarışların Təşkili Departamentinin rəhbəri Emin Cəfərov UEFA tərəfindən təyinat alıb.
 




Moderator.az xəbər verir ki, O, UEFA Konfrans Liqasının Liqa mərhələsi çərçivəsində oktyabrın 23-də keçiriləcək “Şkendiya” (Şimali Makedoniya) - “Şelburn” (İrlandiya) oyununun UEFA nümayəndəsi olacaq.
 
Qarşılaşma Skopye şəhərində yerləşən Todor Proeski adına milli stadionda keçiriləcək.