Ermənistanda spikerliyə namizəd Ruben Rubinyan tələbəlik illərində Türkiyədə nə ilə məşğul olub?..
01 Jul 2026, 17:27 27 baxış 2 dəq oxuma
"Güclü Ermənistan" blokunun nümayəndəsi Anuş Mirzoyan Konstitusiya Məhkəməsinin seçki nəticələri ilə bağlı qərarından əvvəl hakim "Vətəndaş sazişi" partiyasında rəhbər vəzifələrin bölüşdürülməsi prosesini tənqid edib.
Moderator.az xəbər verir ki, bu haqda "Aysor" nəşri məlumat yayıb.
"Seçkilərin ikinci turu istisna edilmədiyi təqdirdə vəzifələr necə bölüşdürülə bilər? Niyə belə tələsik? Ruben Rubinyanı Milli Məclisin sədri vəzifəsinə namizəd göstərməyə niyə bu qədər tələsdiniz? Mənim bir sualım var: Ruben Rubinyan tələbəlik illərində, Türkiyədə olarkən nə ilə məşğul idi?"
Onu ilk təbrik edənlərdən biri türkiyəli həmkarı Serdar Kılıç oldu və ona "daha da uğurlar" arzuladı. Uğur kimə - Türkiyəyə? İctimaiyyətin bir çox sualı var...",- deyə A.Mirzoyan bildirib.
Xatırladaq ki, Ruben Rubinyan hazırda Ermənistan Milli Assambleyası sədrinin müavinidir.
2021-ci ildə Ermənistan-Türkiyə münasibətlərinin normallaşdırılması üzrə xüsusi nümayəndə kimi təyin edilib.
Serdar Kılıç isə Türkiyənin Ermənistanla normallaşma üzrə xüsusi nümayəndəsidir.