Azərbaycana işgüzar səfər edən Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen Bakı ilə bağlı paylaşım edib.


Moderator.az-ın xəbərinə görə, o, öz "X" hesabında səfərin məqsədindən bəhs edib.






"Bakıya eniş.


Aİ (Avropa İttifaqı) Cənubi Qafqazın parlaq gələcəyinə inanır: qarşılıqlı əlaqəli, dinc və çiçəklənən.


Biz bu gələcəyin qurulmasına kömək etmək istəyirik.


Mən həmçinin Aİ ilə Azərbaycan arasında tərəfdaşlığı dərinləşdirmək üçün buradayam.


Ticarətdən nəqliyyata. Enerjidən iqtisadiyyata", - deyə o, paylaşımda yazıb.