Xuan Laporta yenidən prezidenti seçildiyi "Barselona"da vəzifəsinin icrasına başlayıb.
Moderator.az championat.com-a istinadən xəbər verir ki, bu gün ispaniyalı futbol funksionerinin inauqurasiya mərasimi keçirilib.
"Biz mürəkkəb vəziyyətlərlə üzləşdik, bütün maneələri aşdıq və indi tam əminliklə deyə bilərik ki, geri dönmüşük, yenidən ayaq üstə möhkəm dayanmışıq. Rəqabətədavamlı idik və qələbələr qazandıq. İnanıram ki, qarşıdan gələn illər olduqca maraqlı keçəcək. Bu, güclü "Barselona"nın daha da möhkəmlənməsi mərhələsinə çevriləcək", - deyə Laporta bildirib.