Suriya Prezidenti Əhməd Əl Şaraa Xalq Məclisində 3 türkmana vəzifə verib.


Moderator.az xəbər verir ki, bu barədə Türkiyənin Suriyadakı səfiri "X" sosial şəbəkə hesabında yazıb.






"Suriya Prezidenti Əhməd Əl Şaranın bu gün etdiyi təyinatlarda Xalq Məclisinə 3 türkmən qardaşımız da seçilib", - N. Yılmaz bildirib.


Onun sözlərinə görə, Əbdürrəhman Mustafa (Suriya Türkman Məclisinin Sədri) Hələb, İmad Barak Homs, Xəlil Dərdə Abdullah isə Rəqqa şəhəri üzrə təyinat alıb:


"Türkman qardaşlarımızı da xüsusən təbrik edir, güclü Suriya üçün xeyirli xidmətlər diləyirəm".